20 C
Baku
Tuesday, April 30, 2024

ABŞ Səudiyyə Ərəbistanından neft idxalını kəskin şəkildə artırıb

Aprelin 16-da başa çatan həftəlik dövrdə ABŞ-a Səudiyyə Ərəbistanından neft idxalı təxminən iki dəfə artaraq gündəlik 358 min barelə çatıb.

Bunu ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Agentliyinin (EİA) məlumatlarından görmək olar.

Bu baxımdan minimum idxal həcmi yanvarın 1-də bitən həftədə qeydə alınıb. O zaman ABŞ-a Səudiyyə Ərəbistanından neft idxalı son 35 ildə ilk dəfə 0 səviyyəsində olub. Maksimum idxal həcmi – gündəlik 2,047 milyon barel neft – isə 2012-ci ilin ilk həftəsində qeydə alınıb.

Həmçinin EİA-nın aylıq məlumatlarına əsasən, Səudiyyə Ərəbistanı 2020-ci ilin fevral ayında 7,362 milyon barel təchizatla ABŞ-ın ən böyük neft və neft məhsulları tədarükçüləri sıralamasında beşinci yerdən dördüncüyə yüksəlib. Yalnız neftlə əlaqədar sıralamada isə Səudiyyə Ərəbistanı üçüncü yeri tutub

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər