2014-cü il və əvvəlki illər ərzində verilən kreditləri siyahısı açıqlanıb. Bu barədə AİF-in saytında yerləşdirilmiş məlumatda qeyd edilir
Azərbaycan İpoteka Fondu banklar vasitəsilə, 2006-2014-cü illərdə 15 829 ipoteka krediti verib.
Fondun məlumatına görə, 2006-2014-cü illərdə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 632 mln. 463,54 min manat təşkil edib. AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dir.