Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən daha 3 karqo şirkətinə lisenziya verilib.
Banker.az xəbər verir ki, bu barədə nazirliydən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 19 aprel tarixində “Aras Karqo”, 21 aprel tarixində “Nurlu Karqo” və 22 aprel tarixində “Etibarlı Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim olunub.