10 C
Baku
Wednesday, December 11, 2024

“OPEC+” ölkələri aprelin 28-də tam formatda görüşəcək

“OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin nazirləri 28 aprel tarixində tam formatda (razılaşmaya daxil olan bütün ölkələrinin iştirakı ilə) toplantı keçirəcəklər.

Bu barədə TASS xəbər verir.

Məlumata görə, həmin gün iki görüşün keçirilməsi gözlənilir. Öncə “OPEC+”ın Monitorinq Komitəsinin görüşünün, bundan sonra isə razılaşmada iştirak edən bütün ölkələrin nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulub.

Qeyd olunur ki, iclasların keçiriləcəyi dəqiq vaxtı hələ təyin edilməyib.

Xatırladaq ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Son xəbərlər
Digər xəbərlər