Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfir üç rusiyalı diplomatın Polşada persona-non qrata elan edilməsi ilə bağlı çağırılıb.
Rusiya XİN bu addıma cavab olaraq Polşanın 5 diplomatının ölkədən çıxarılacağını elan edib.
Qeyd edək ki, son günlərdə ABŞ, Çexiya və Slovakiya rusiyalı diplomatların ölkədən çıxarılmasını elan etmişdi.