9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Tibb Universitetində yeni şöbə yaradılıb

Azərbaycan Tibb Universitetinin nəzdində Tibb təhsili və innovasiya şöbəsi yaradılıb.

ATU-dan verilən məlumata görə, şöbənin müdiri vəzifəsinə universitetin yetirməsi Aynur Orucova təyin olunub.

Bildirilib ki, yeni yaradılmasına baxmayaraq, artıq Tibb təhsili və İnnovasiya şöbəsi tam gücüylə fəaliyyət göstərir. Şöbənin üzərinə düşən vəzifələrin ən başlıcası dərslərin yeni hazırlanma metodikaları, müəllim və tələbə yerdəyişməsində dəyişikliklər, interaktiv proqramlar, tələbələrdə analitik düşüncə və peşəkarlığın inkişaf etdirilməsi, mühazirələr, təcrübə və simulyasiya dərslərinin keyfiyyətinin yüksəldilməsinə nail olmaq və digər məsələlərdir.

Qeyd edək ki, A.Orucova 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirib. 2016-2019-cu illərdə Fransa Respublikası Strasburq Universitetinin dental cərrahiyyə fakültəsində biomühəndislik üzrə magistr təhsili alıb. 2019-2020-ci illərdə isə həmin universitetin Tibb fakültəsində Tibb elmlərində təhsil metodikası üzrə magistr təhsilini alıb. Bu müddət ərzində Strasburq Universitetinin nəzdindəki bir sıra klinika və laboratoriyalarda tədqiqatlar aparıb. A.Orucovanın “Diş kanal doldurucularının fiziki və kimyəvi xüsusiyyətləri” mövzusundakı diplom işi hazırda Strasburq Universitetinin dental cərrahiyyə fakültəsində tədris proqramına daxil edilib.

Son xəbərlər
Digər xəbərlər