Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 90 milyon 238 min ABŞ dolları dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ixrac edilən məhsulun miqdarı 117 min 227 ton olub ki, illik müqayisədə plastmassa və onlardan hazırlanan məmulatların ixracı 43 milyon 856 min ABŞ dolları və yaxud 58 min 277 min ton artıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycandan 46 milyon 383 min ABŞ dolları dəyərində 58 min 950 ton plastmassa və onlardan hazırlanan məlumatlar ixrac edilib.