“Renault” şirkəti Türkiyə bazarında satılacaq yeni “Taliant” sedanını təqdim edib.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Qeyd edildiyi kimi, avtomobil “CMF-B” platforması üzərində qurulub.
Model 65-100 at gücündə olan üç silindrli mühərriklə təchiz edilib. Eyni zamanda 1.5 litrlik 110 at gücündə turbodizel seçimi də təqdim olunub.
“Taliant” avtomobilinə “Apple CarPlay” interfeysini dəstəkləyən səkkiz düymlük ekran quraşdırılıb. Xatırladaq ki, 11 mart tarixində şirkət yeni “Renault Duster” avtomobilini təqdim edib. Müştərilərə avtomobilin dörd modeli təklif olunub – “Access”, “Life”, “Drive” və “Style”.
Model yenilənmiş radiator və LED işığı olan faralarla, habelə ön və arxa bamperlərlə təchiz edilib.