“Uber”in Amerikadakı rəqibi olan “Lyft” dron bölməsini “Toyota”nın törəməsi – “Woven Plane” şirkətinə 550 milyon dollara satacaq.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, “Lyft” və “Woven Planet” avtomatlaşdırılmış sürücülük texnologiyalarının təhlükəsizliyini yaxşılaşdırmaq üçün birlikdə çalışacaqlar. “Lyft”in qurucusu və prezidenti John Zimmer bu razılaşmanın şirkətə “aparıcı avtonom platformasının və nəqliyyat şəbəkəsinin inkişafına” diqqət ayırmasına imkan verməyəcəyini, eyni zamanda gəlirliliyə çıxmasını sürətləndirəcəyini qeyd edib.
Zimmer həmçinin müqavilənin 2021-ci ilin üçüncü rübündə başa çatacağını bildirib. Pandemiyadan sonrakı iqtisadi dirçəliş davam etdiyi təqdirdə, “Lyft” üçüncü rübdə gəlirli şirkətə çevriləcəyini gözləyir.
“Lyft” – “Uber”in ABŞ-ın mobil taksi tətbiqləri bazarındakı əsas rəqibidir. Şirkət 2019-cu ilin mart ayında birjaya çıxıb və nəticədə səhmlərinin 2%-dən çox bahalaşmasına nail olub. Xatırladaq ki, “Uber” dron bölməsini “Aurora” startapına satıb. Müqavilə təxminən 4 milyard dollar dəyərində qiymətləndirilib və “Uber”in “Avrora”ya 400 milyon dollar sərmayə qoyacağını nəzərdə tutub.
Mütəxəssislərin fikrincə, dron istehsalı ilə bağlı bölmələrin satılması bu cür layihələrin müəyyən çətinliklərlə qarşılaşdığını göstərir.