1 C
Baku
Saturday, December 14, 2024

1 yaşlı şirkət 6 milyon manatlıq tenderin qalibi oldu

Milli Onkologiya Mərkəzinin elan etdiyi tenderin qalibi məlum olub.

Banker.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 5 milyon 999 min 995 manat dəyərində tender müsabiqəsinin qalibi “Solamedical” MMC olub.

“Solamedical” MMC Milli Onkologiya Mərkəzinə dərman, sarğı ləvazimatları və materialları satacaq.

Nizamnamə kapitalı 200 manat olan “Solamedical” MMC-nin qanuni təmsilçisi Novruzova Şəhla Mustafa qızıdır. Bu şirkət 2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər