Azərbaycanda 2021-ci ilin ilk rübü ərzində hasil edilən qızılın həcmi açıqlanıb.
Banker.az bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, cari ilin yanvar-mart ayları ərzində 829.5 kq həcmində qızıl filizi hasil edilib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 118.8 kq, yaxud 12.5% az olması deməkdir. İstehsal edilən digər qiymətli metalların həcmi isə 1 208.2 kq təşkil etmişdir.
Hazırda birjalarda qızılın 1 unsiyası (28.3495 qram) 1 768 dollar ətrafında ticarət olunur.