“Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi Qaydası” təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda bildirilib ki, bu Qaydanın məqsədləri kimyəvi silahın məhv edilməsinə dövlət nəzarətinin səmərəliliyinin artırılması, insanların sağlamlığının və ekoloji təhlükəsizliyin qorunmasıdır.