Yanvar-noyabr ayları ərzində dövlət büdcəsinə 17.2 milyard manat daxil olmuş, büdcədən 15.1 milyard manat vəsait xərclənmişdir.
Banker.az Maliyyə Nazirliyinin məlumatlarına əsasən xəbər verir ki, büdcə xərclərinin 40.5 % -i və ya 6.1 milyard manatı iqtisadiyyatın inkişafına, 11.7 %-i (1.8 milyard manatı) səhiyyə və təhsilə, 11.8 %-i (1.8 milyard manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir.
Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 3.9%-nə bərabər və ya 2 072.0 milyon manatlıq profisit yaranmışdır.