Rusiyanın “Yandex” şirkəti 1.1 milyard rubl qiymətinə “Akropol” bankını almağa razılaşıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, “Akropol” aktivlərin həcmi baxımından Rusiyada 330-cu yerdədir.
İT-nəhəngi vurğulayır ki, razılaşma nəticəsində kredit təşkilatının bütün lisenziyaları ona keçəcək. Lisenziyalar “Yandex”ə “maliyyə xidmətlərini inkişaf etdirməyə və yeni məhsullar buraxmağa” imkan verəcək.
“Forbes” jurnalının bildirdiyi kimi, “Yandex” şirkəti “Akropol” bankını almaq haqqında danışıqları 2020-ci ilin əvvəlində başlayıb.
“Akropol” bankı 1994-cü ildə yaradılıb. Hesablamalara görə, 2019-cu ildə bankın borcu 82 milyon rubl təşkil edib, 2020-ci ildə bu göstərici 29 milyon rubl olub.