“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib.
Hazırda agentlik Azərbaycanda 2021-ci ildə real ÜDM-in artım tempinin 2.5% səviyyəsində olacağını gözləyir. “Fitch”in ötən ilin noyabr ayının proqnozu isə 2.7%-ə bərabər idi.
Qeyd edək ki, ötən il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM istehsalı 4.3% azalaraq 72 432.2 mln. manat təşkil edib.