18 C
Baku
Saturday, November 8, 2025

Maliyyə Nazirliyindən 2 milyon manatlıq müqavilə

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi “İnfinitech” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Məlumat mərkəzində yerləşən avadanlığın dəstəklənmə müddətinin uzadılması, ehtiyat surətlərin saxlanılması və bərpası üçün aidiyyatı avadanlıq, proqram təminatının satınalınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 1 971 509 manatdır.

Qeyd edək ki, “İnfinitech” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 250 020 manatdır və qanuni təmsilçisi Mustafa Əyyubovdur.

Son xəbərlər
Digər xəbərlər