ASC “Xalq” bankının İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Rumiyə Məmmədova Ağacəfər qızı Bankın İdarə Heyəti sədrinə müavin təyin edilib.
Bununla da “Xalq Bank”ın İdarə Heyəti üzvlərinin sayı 8-ə yüksəlib.
Rumiyə Məmmədova əvvəllər “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədr müavini kimi çalışıb.