9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan ABŞ-a alüminium ixracını artıra bilər

Asiya bazarlarından ABŞ-a alüminium ixracına olan rüsum dərəcələrinin artırılması Azərbaycan alüminium istehsalçıları üçün əlverişli şərait yaradır.

Bu barədə özəl sektorun inkişafı layihəsi çərçivəsində “Avropa və Şimali Amerika bazarlarına qida məhsullarının ixracında müasir tələblər” mövzusunda keçirilən maarifləndirici təlimdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib.

Onun sözlərinə görə, bu ilin I rübündə ABŞ Azərbaycanın məhsul ixrac etdiyi ölkələr sırasında Türkiyə, Rusiya, Gürcüstan və İsveçrə konfederasiyasından sonra beşinci yerdə qərarlaşıb.

“Bu ilin I rübündə ölkəmizlə ABŞ arasında 18 mln. dollar civarında ticarət əməliyyatları aparılıb. Bu ölkəyə əsasən ixrac olunan məhsul alüminium olub. ABŞ-ın alüminium idxalında əsas payı onun Asiyadakı tərəfdaşlarının üzərinə düşürdüsə, artıq bu ölkələrdə sözügedən məhsul üzrə rüsum dərəcələrinin artırılması digər alüminium ixracatçılar üçün əlverişli şərait yaradıb. Azərbaycan da bu əlverişli şəraitdən yararlanaraq artıq ABŞ bazarına da ixrac missiyalarını həyata keçirir”, – deyə N. Hacızadə qeyd edib.

Mərkəzinin departament rəhbəri əlavə edib ki, Şimali Amerikanın Azərbaycanın ixracında ilk beşlikdə olması ölkədə bu istiqamətdə maarifləndirmə işlərinin daha da sürətli şəkildə aparılmasına zəmin yaradır ki, yerli ixracatçılar Qərb bazarları haqqında məlumatlı olsunlar və bu bazarlara ixracı bir qədər də artırsınlar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər