11 C
Baku
Wednesday, December 11, 2024

Rəsmi: Azərbaycanda siqaret çəkən kişilərin sayı kəskin düşüb

Azərbaycanda siqaret çəkən əhalinin payı azalmaqdadır.

Bu barədə Banker.az rəsmi statistik göstəricilərə istinadla bildirir.

Belə ki, Azərbaycanda siqaret çəkən, 15 yaşdan yuxarı olan kişilərin cəmdə payı 1 yanvar 2021-ci il tarixinə 31.9%-ə qədər düşüb. Bu 2016-cı ilin əvvəlində 35.5% idi. Bunu Dövlət Statistika Komisi bildirir.

Diqqət çəkən məqam, əsasən yaşı 15-19  olan yeniyetmə kişilərin siqaretdən istifadə edənlərin payı 2016-cı ilin əvvəlində 0.9% təşkil etdiyi halda 2021-ci ilin əvəlinə 0.3%-ə qədər azalmışdır.

20-44 yaş arası siqaret çəkən kişilərin payı 5 il öncə 31% təşkil etdiyi halda, bu ilin əvvəlində 26.7%-ə, 45-64 yaşlı kişilərin payı 51.8%-dən 47.6%-ə, 65 yaşdan yuxarı əhalinin isə 36.8%-dən 32.5%-ə qədər azalmışdır.

Kişilərin 31.3%-i idmanla məşğul olanlarının payı 31.3% təşkil edib, bu 5 il öncə 29.4% idi.

Qeyd edək ki, 2016-cı ildən bu tərəfə Azərbaycanda tütün məmulatlarına əlavə rüsumlar tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər