3 C
Baku
Saturday, December 14, 2024

Mayın 15-dən Türkiyəyə gələcək bəzi ölkə vətəndaşlarından koronavirus testi tələb edilməyəcək

Bu il mayın 15-dən etibarən Türkiyəyə gələcək 15 ölkənin vətəndaşları üçün COVID-19 (PSR) testi məcburiyyəti ləğv edilir.

Bu barədə “Türk Hava Yolları” aviaşirkətinin rəsmi internet səhifəsində bildirilib.

Məlumatda qeyd edilib ki, mayın 15-də qüvvəyə minəcək yeni qərara əsasən, Hong Kong, Çin, Tayvan, Vyetnam, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Tayland, Cənubi Koreya, İsrail, Yaponiya, Birləşmiş Krallıq, Latviya, Lüksemburq, Ukrayna və Estoniyadan Türkiyəyə gələcək sərnişinlərdən COVID-19 testi tələb edilməyəcək.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər