7 C
Baku
Thursday, December 12, 2024

Koronavirusa yoluxan nazir sağalıb

Mədəniyyət naziri Anar Kərimov koronavirusdan (COVID-19) sağalıb.

Bunu açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.

O bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: “Onun yenidən verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub”.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVID-19-dan müalicə olunurdu.

Son xəbərlər
Digər xəbərlər