9 C
Baku
Thursday, December 12, 2024

Dövlət Neft Fondunun 2021-ci ilin birinci rübündə gəlirləri 16 faiz azaldı

2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3  milyard 182.1 milyon manat, büdcə xərcləri isə 2 milyard  519.9 milyon manat təşkil etmişdir.

Banker.az xəbər verir ki, ARDNF bu barədə məlumat yayıb.

Gəlirlərin həcmi 16%, xərcləri isə 15% azalmışdır

2021-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 milyard 468.1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 milyard 696.6 milyon manat, bonus ödənişləri 765.9 milyon manat, tranzit gəlirləri 5.6 milyon manat təşkil etmişdir.

Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 714 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 22.44%-ni təşkil edir.

Cari ilin yanvar-mart ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard 513.7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0.7 milyon manat vəsait yönəldilmişdir. 2021-ci ilin ilk rübü ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5.5 milyon manat təşkil etmişdir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər