Dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco” 2021-ci ilin ilk rübündə 21,7 milyard ABŞ dolları məbləğində xalis mənfəət əldə edib. Bu, keçən ilin analoji dövrünə nisbətən 30 % çoxdur.
Bu barədə şirkətin məlumatında deyilir.
Əldə edilən nəticə dünyada iqtisadi vəziyyətin yaxşılaşması ilə yanaşı, neft bazarının vəziyyəti, neft emalı və neft-kimya sahələrində daha yüksək marja ilə izah olunur ki, bu da hasilatın azalmasını qismən kompensasiya edir.
Hesabat dövründə əməliyyat fəaliyyətindən əldə olunan pul axını və sərbəst nağd pul axını müvafiq olaraq 26,5 milyard ABŞ dolları və 18,3 milyard ABŞ dolları təşkil edib. Kapital xərcləri 8,2 milyard ABŞ dolları səviyyəsində olub. Bundan əlavə, ilk rübün yekununda “Aramco” 18,8 milyard ABŞ dolları məbləğində dividend ödənişi edəcəyini və bunun ikinci rübdə həyata keçiriləcəyini açıqlayıb.
Əməliyyat nəticələrinə gəlincə, “Aramco”nun ilk rübdəki karbohidrat hasilatı gündəlik 11,5 milyon barel neft ekvivalenti, o cümlədən gündəlik 8,6 milyon barel sırf neft təşkil edib.