21 C
Baku
Thursday, September 19, 2024

“Hyundai” tarixində ən kiçik krossoverini buraxacaq

Koreyanın “Hyundai” şirkəti “AX1” adlı yeni krossover buraxacaq. Bu model marka tarixindəki ən kiçik avtomobil olacaq.

Krossover Cənub-Şərqi Asiya ölkələrində təqdim ediləcək, lakin gələcəkdə digər regionlar üçün də əlçatan olacaq.

Verilən məlumata görə, “AX1” üç silindrli 1.0 və 1.2 litrlik benzin mühərriklə təchiz ediləcək. Onlar həm mexaniki, həm də avtomat sürətlər qutusu ilə işləyə biləcək.

Standart konfiqurasiyaya həmçinin ön təhlükəsizlik yastıqları, ABS və avtomatik olaraq qaralan güzgü daxildir.

Son xəbərlər
Digər xəbərlər