Bakı Fond Birjasında 2021-ci ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 5,773,457,860 manat təşkil etmişdir.Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 92%, ilkin bazar üzrə ticarət həcmində 158%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 141%, repo əməliyyatları üzrə isə 247% böyümə qeydə alınmışdır.