10 C
Baku
Friday, December 13, 2024

“Nastaq” yüksək qiymətə görə “Berkshire Hathaway” kotirovkalarının yayımını dayandırdı

“Nastaq Las Sale” və “Nastaq Basic” xidmətləri investor Uorren Baffetə məxsus olan “Berkshire Hathaway” holdinqinin kotirovkalarının yayımını dayandırıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, səhmlərin qiyməti 429 min dollara yaxınlaşıb və bu, kompüterlərin işləyə biləcəyi maksimum göstərici olub.

Bu xidmətlər “Robinhood” və “Webull Financial LLC” kimi broker tətbiqlərdən istifadə edirlər. 17 may tarixində qədər “Nastaq” bu problemi həll edəcəyinə söz verib, lakin hələki həddin 98%-ni keçən bütün səhmlərin yayımını dayandırır.

“Home builder NVR Inc.” şirkətinin səhmləri dəyər baxımdan ikinci yerdədir və hal-hazırda 5100 dollar dəyərində qiymətləndirilir. “Alphabet”, “Amazon” və “Chipotle Mexican” şirkətlərinin səhmləri 1000 dollardan yüksək qiymətə satılır.

Nəşr qeyd edir ki, Uorren Baffet “A” qrupundakı səhmlərini bölməkdən imtina edir. Onun fikrincə, aşağı qiymət qısamüddətli investorları cəlb edəcək və onlar “nə edəcəklərini bilməyəcəklər”.

Xatırladaq ki, 1 may tarixində səhmdarların yığıncağında Baffet “Robinhood” kimi tətbiqetmələri “təcrübəsiz investorlara pul verdikləri” üçün tənqid edib. “Köhnə qvardiya orta statistik amerikalıları Uoll-Stritə buraxmaq istəmir”, – deyə milyarder söyləyib.

2021-ci ilin mayında 90 yaşlı Uorren Baffet varisinin adını açıqlayıb. Onun sözlərinə görə, onun vəzifəsini 59 yaşlı Greg Abel tutacaq.

Son xəbərlər
Digər xəbərlər