2021-ci il Münhen Təhlükəsizlik Konfransı koronavirusla bağlı vəziyyətə görə əyani formatda keçirilməyəcək.
“Bild” xəbər verir ki, bu barədə təşkilat komitəsinin əlaqələr direktoru Kristian Tiels (Christian Thiels) bildirib:
“Təhlükə çox böyükdür. Koronavirusla bağlı vəziyyətin bundan sonra necə dəyişəcəyini heç kim deyə bilməz. Odur ki, əyani konfrans qeyri-mümkündür”.
Qeyd edək ki, bu ilin fevral ayında konfrans virtual formatda keçirilərək həmişəki üç gün əvəzinə cəmi bir neçə saat davam edib.