2 C
Baku
Saturday, December 14, 2024

TƏBİB: Azərbaycanda epidemioloji vəziyyət nəzarət altında saxlanlır

“Sağalanların sayının yoluxanların sayını keçməsi yaxşıdır. Bizə yeni yoluxma yox, testlərin daxilində pozitiv nəticələrin payı maraqlıdır”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, yeni yoluxmalar daha çox ötən ilin noybr-dekabr aylarında olub: “Yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur. Yoluxma əmsalı 10 %-ə yaxınlaşır. Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altında saxlanlır. 30-59 yaş arası insanlarda yoluxma halları çox olur və bu göstərici həmişə eyni olub”.

Son xəbərlər
Digər xəbərlər