3 C
Baku
Saturday, December 14, 2024

“Citroen” yığcam elektrikli yük avtomobilini təqdim edib – Foto

Fransanın “Citroen” avtomobil şirkəti çatdırılma xidməti və digər bizneslər üçün yığcam elektrikli yük avtomobilini təqdim edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkətdən verilən məlumata görə, bu model həm də fərdi sahibkarlar, kempinqlər və digərləri üçün nəzərdə tutulub.

Citroen1 scaled

Bir nəfərlik olan bu avtomobil 140 kq-a qədər yük daşıya bilər. Sərnişin oturacağı yerinə salonda modul qutusu yerləşir, şirkət həmçinin yükü saxlama toru kimi əlavə aksesuarlar da təklif edir.

Citroen2 scaled

Avtomobilin ölçüləri aşağıdakı kimidir: uzunluğu – 2.41 m, eni – 1.39 m, hündürlüyü – 1.52 m. Elektromobil 220 Vt cərəyan mərkəzindən üç saata şarj toplayır. Onun güc ehtiyatı 75 km, maksimum sürəti isə 45 km/s təşkil edir.

Citroen3 scaled

Satışların başlanması 2021-ci ilin iyun ayında Fransada planlaşdırılır. Qeyd edək ki, “My Ami Cargo” avtomobilinin qiyməti 6 490 avrodan başlayır.

Son xəbərlər
Digər xəbərlər