9 C
Baku
Friday, November 15, 2024

“General Motors” 2030-cu ildə tamamilə avtonom avtomobillərin satışına başlayacaq

General  Motors”un baş direktoru Meri Barra 2030-cu ilə qədər şirkətin
tamamilə avtonom avtomobillərin satışına başlayacağını açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə
“TechCrunch” yazıb. Bu məqsədə çatmaq üçün avtokonsern törəmə şirkəti olan
“Cruise”in texnologiyalarından istifadə edəcək.

“Mən həmişə inqilabi “Səviyyə 4” və ya “Səviyyə 5” strategiyalarına sahib
olduğumuzu söyləmişəm”, – deyə baş direktor qeyd edib. Bildirildiyi kimi,
bu sistemi dəstəkləyən avtomobillərdə avtonom rejim altı səviyyədən
ibarətdir. Məsələn, “Səviyyə 4” sürücünün avtomobili “proqnozlaşdırıla
bilən” trafiki olan yollarda idarə edəcəyini nəzərdə tutur.

“Səviyyə 5” isə maksimum dərəcədə avtonomluq deməkdir – sürücü avtomobilin idarə edilməsində iştirak etmir və avtomatlaşdırılmış sistem avtomobili
istənilən yerə özü aparır.

“TechCrunch”ın verdiyi məlumata görə, 2021-ci ilin may ayında “Cruise” 2023-cü ildə Dubayda robot-taksi xidmətini işə salmaq üçün müqavilə bağlayıb. Bundan əlavə, “GM” yeni “Super Cruise” sistemini təkmilləşdirməyi planlaşdırır.

Bu sistem kamera və müxtəlif datçiklərdən məlumatları toplayır və sürücünün diqqətinə nəzarət edir.

“Tesla”nın istifadə etdiyi sistemlərdən fərqli olaraq, “Super Cruise” ilə əlləri sükan üzərində saxlamağa ehtiyac olmur. “Super Cruise” 2014-cü ildə yaradılıb və o dövrlərdə yalnız bir avtomobil modeli üçün əlçatan olub –“Cadillac CT6”. Ümumilikdə, “GM” bu sistem əsasında 22 avtomobil modeli buraxmağı planlaşdırır.

Şirkət həmçinin sistemin imkanlarını genişləndirir, xüsusən onun məlumatların emal edilməsi qabiliyyətini artırmaq üzərində çalışır.

Son xəbərlər
Digər xəbərlər