“Kapital Bank”ın işçi sayı 6 minə yaxınlaşıb

“Kapital Bank” ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb.

Banker.az bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir.

2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda 5 765 nəfər çalışırdısa, aprelin 1-nə bu göstərici 48 nəfər və ya 0.8 faiz artaraq 5 813 nəfərə çatıb.

Artım dinamikası ikinci rübdə daha da sürətlənib. Belə ki, 2026-cı ilin iyulun 1-nə olan göstəriciyə əsasən bankın işçi sayı növbəti üç ayda daha 168 nəfər və ya 3 faiz çoxalaraq 5 981 nəfərə yüksəlib.

Beləliklə, 2026-cı ilin ilk altı ayı ərzində “Kapital Bank”ın əməkdaşlarının ümumi sayı 216 nəfər və ya 4 faiz artaraq 6 min həddinə yaxınlaşıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər