“The North Face” və “Timberland” brendlərinin sahiblərindən biri Pol Van Doren 90 yaşında vəfat edib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
“Pol sadəcə sahibkar deyildi – o, yenilikçi idi. Polun dizayn və marketinq sahəsindəki cəsarəti ailə biznesini dünya səviyyəsində tanınan markaya çevirdi”, – deyə şirkət açıqlamasında bildirib.
Xatırladaq ki, Pol Van Doren qardaşı və tərəfdaşı ilə birlikdə 1966-cı ildə Kaliforniyada “The Van Doren Rubber” şirkətini qurub. Qısaldılmış “Vans” adı ona 70-ci illərdə verilib.
Bu gün “Vans” şirkəti “The North Face”, “Timberland” və “Dickies” ilə birlikdə “VF”in “böyük dördlüyə”nə daxildir.