ABŞ-da “McDonald’s” işçilərinin əmək haqqı artırılacaq

ABŞ-da “McDonald’s” restoranlarının işçilərinin əmək haqqı artırılacaq. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

CNBC-nin verdiyi məlumata görə, təxminən artım 36 500 insana təsir edəcək. Qeyd edildiyi kimi, orta hesabla işçilərin saatlıq əmək haqqı 10% artacaq.

Kassir və mətbəx işçiləri saatda 11-17 dollar, növbətçi nəzarətçilər isə saatda 15-20 dollar qazanacaqlar. Xatırladaq ki, “McDonald’s” işçilərinin əmək haqının artırılması ilə bağlı qərar 19 may tarixindəki kütləvi tətildən sonra verilib.

Etiraz aksiyası “fast-food” nəhənginin “Fight for $15” adlı hərəkatının fəalları tərəfindən təşkil edilib. Onun təşkilatçıları 2020-ci ildə “McDonald’s”un 5 milyard dollar mənfəət əldə etdiyini vurğulayıblar. Eyni zamanda koronavirus səbəbindən sağlamlığını riskə atan adi işçilər minimum əmək haqqının saatda 15 dollara qədər artırılmasına nail ola bilməyiblər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər