Rusiyanın “Nordwind”aviaşirkəti may ayının sonunadək dörd şəhərdən Bakıya uçuşları bərpa etmək niyyətindədir.
Mayın 18-dən etibarən (çərşənbə axşamı) Sankt-Peterburq-Bakı aviareysi üzrə uçuşlara başlanılacaq. Sonradan sözügedən marşrut üzrə uçuşlar həftənin cümə günləri yerinə yetiriləcək.
ASK: İyundan Azərbaycanda turizm sektorunun canlanması gözlənilir
Yunanıstan xarici turistlərə qoyulan bütün məhdudiyyətləri ləğv edib
Kestutis Yankauskas: “Aİ birmənalı olaraq ikitərəfli səyahətləri dəstəkləyir”
Mayın 19-dan etibarən “Nordwind”Nijni Novqorod-Bakı (çərşənbə, daha sonra cümə axşamı günləri) və Kazan-Bakı (çərşənbə, daha sonra bazar ertəsi günləri), mayın 20-dən isə Rostov-Bakı aviareysi üzrə birbaşa uşulara başlayır.
“Epidemioloji vəziyyət dəyişdikdə və beynəlxalq hava əlaqəsi bərpa olunduqca, Azərbaycanın paytaxtına uçuşların tezliyi artırıla bilər”, – aviaşirkətin məlumatında deyilir.