Lev Tolstoy – müəlliflik hüququndan imtina edən, dövlət sisteminə qarşı gələn və kilsə tərəfindən rədd edilən bir yazıçı idi. Bundan əlavə o Nobel mükafatından imtina etməsi, pullara nifrət bəsləməsi və kəndlilərin yanında olması ilə tanınırdı. Hələ heç kəs onu bu cəhətdən tanımırdı.
O bütün ömrü boyu həyatın mənasını və bəşəri xoşbəxtliyi axtarmışdır.
- Hər kəs bəşəriyyəti dəyişmək istədiyi bir halda, heç kim özü dəyişmək barədə düşünmür.
- Hər şey gözləməyi bacaran şəxsə qismət olar.
- Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir. Hər bir bədbəxt ailə isə özünə görə bədbəxtdir.
- Güclü insanlar daim sadə olan insanlardır.
- Hörmət – sevginin doldurmalı olduğu boşluğu qapamaq üçün düşünülmüş bir şeydir.
- Xeyirxahlıq bir səbəbə sahibdirsə o artıq xeyirxahlıq deyil. Əgər onun bir nəticəsi, yəni qarşılığında bir mükafatı varsa bu da xeyirxahlıq deyil.
- İnsanın yaşamağa uyğunlaşa bilməyəcəyi heç bir həyat şəraiti yoxdur. Xüsusən də ətrafındakı insanlar o şəkildə yaşayırsa.
- Həyatda sözün əsl mənasında iki bədbəxtlik tanıyıram. Bunlar vicdanın sızlaması və xəstəlikdir. Və xoşbəxtlik yalnızca bu iki cəhətin olmaması zamanı mövcuddur.
- Sevgidə nə az, nə çox vardır.
- Xoşbəxtlik anını tut, özünü sevməyə məcbur et, aşiq ol! Həyatda “əsl” olan yalnızca budur, qalan hər bir şey boşdur.