Azərbaycan əhalisi bu il 86 milyon manatlıq kompüterlər alıb

İstehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2021-ci ilin yanvar-aprel aylarında kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 86.9 milyon manat xərcləyib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Belə ki, ötən lin 4 ayına nisbətən cari ildə kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından gəlir 2.7% artıb.

2021-ci ilin yanvar-aprel aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin  0.7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər