Bu gün İqtisadiyyat Nazirliyii ilə Danimarkanın “Carlsberg” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Banker.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, məqsəd Azərbaycandakı aparıcı beynəlxalq investorlardan biri tərəfindən tamamilə yerli istehsal dövriyyəsinə nail olmaq, daxili podratçıların cəlb olunmasını təmin etmək və ölkəmizdə istehsal olunmuş pivə üçün yeni ixrac imkanları əldə etməkdir.