4 C
Baku
Tuesday, March 3, 2026

Lavrovla Blinkenin görüş vaxtı məlum oldu

ABŞ dövlət katibi Entoni Blinken Arktik Şurasının nazirlər iclasının bağlanış mərasimindən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Bu barədə Dövlət Departamenti məlumat yayıb.

Görüşün İslandiyanın paytaxtı Reykyavik şəhərində, 19 may axşam saatlarında baş tutacağı bildirilib.

Qeyd olunub ki, nazirlər arasında görüş ABŞ-ın Moskva ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətlər yarada biləcəyini yoxlamaq üçün fürsət verəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər