Nazirlikdən Maybo” şirkətinə 1.5 milyon manatlıq sifariş

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Maybo” MMC ilə 1.5 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakultəsinin Emalatxana binasının avadanlıqlarla təchizatı nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1 487 722 manatdır.

Bildirək ki, “Maybo” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 020 manatdır və qanuni təmsilçisi Midhət QurbanƏliyevdir.

Son xəbərlər
Digər xəbərlər