“Coinbase” kriptobirjası bitkoinin çökməsi fonunda bəzi istifadəçilər üçün əlçatmaz olub.
Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə “CNBC” yazıb. Platforma nümayəndələri texniki problemlərdən xəbərdar olduqlarını və ən qısa zamanda aradan qaldırılacağı bildiriblər.
Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” şəbəkə üzərinə düşən yükün artması səbəbindən “Ethereum” və “ERC-20” tokenlərinin çıxarılmasını dayandırıb.
Xatırladaq ki, daha əvvəl bitkoinin dəyəri 30% azalaraq 30 min dollar səviyyəsinə düşüb. Rəqəmsal valyutanın kapitallaşması 670 milyard dollar təşkil edir.







