Bu ilin I rübündə Gürcüstanda işsizlik səviyyəsi illik müqayisədə 3.7 faiz artaraq 21.9 % təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Hesabat dövründə şəhərlərdə işsizlik göstəricisi 5.7 faiz artaraq 23.6 %, kənd yerlərində isə 0.4 faiz artaraq 19.3 %-ə bərabər olub.
Kişilər arasında bu göstərici 24.1 % (+3.3 %), qadınlar arasında isə 19.2 % (+4 %) olub.