10 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq Enerji Agentliyi ölkələri neft-qaz sektoruna investisiyalardan imtina etməyə çağırdı

Beynəlxalq Enerji Agentliyi (IEA) dünya ölkələrini 2035-ci ilə qədər neft və qaz sektorundakı yeni layihələrdən və benzin mühərrikli avtomobillərdən imtina etməyə çağırıb. Bu barədə qurumun çərşənbə axşamı dərc etdiyi hesabatda deyilir.

Neft və qaz sektoruna investisiyalardan imtina etmək barədə 2016-cı ildə qüvvəyə minən Paris iqlim müqaviləsində də danışılıb. Bu ilin fevral ayında ABŞ müqaviləyə qayıdıb.

Neft və qazdan uzaqlaşmaq və elektrikli nəqliyyat vasitələrinə keçməklə yanaşı, ölkələr günəş və külək enerjisi istehsalını dörd dəfə artırmalıdır. Agentliyin qiymətləndirmələrinə görə, bunun üçün bərpa olunan enerji layihələrinə 5 trilyon dollar sərmayə qoymalıdırlar.

Beynəlxalq Enerji Agentliyinin hesabatları və proqnozları enerji şirkətləri və investorlar tərəfindən uzunmüddətli planlaşdırma üçün istifadə olunur.

Son xəbərlər
Digər xəbərlər