Ukrayna Ali Radası səhiyyə nazirinin müavini və baş sanitar həkim Viktor Lyaşkonu səhiyyə naziri təyin edib.
UNİAN agentliyi xəbər verir ki, 377 millət vəkilindən 262-si təyinatın lehinə səs verib.
On yeddi deputat bunun əleyhinə səs verib, 73 nəfər bitərəf qalıb, 25 nəfər səs verməyib.
Mayın 12-də V.Lyaşko “Report”un Şərqi Avropa bürosuna verdiyi müsahibəsində Azərbaycan ilə Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıqdan danışıb.