7 C
Baku
Thursday, December 12, 2024

“AFB Bank”ın rəhbərliyinə 37 yaşlı şəxs təyinat alıb

“AFB Bank” ASC-nin Müşahidə Şurasına yeni 37 yaşlı üzv seçilib.

Banker.az-ın xəbərinə görə, yeni üzv Famil Kərimovdur.

Bununla da, Müşahidə Şurasında sədr kimi Elnur Məmməd oğlu Qurbanov, üzv kimi isə Famil Qalib oğlu Kərimov və Viladi Məzahir oğlu Maniyev fəaliyyətlərini davam etdirəcəklər.

Kərimov Famil Qalib oğlu1984-cü ildə anadan olub. 2001-ci ildən 2005-ci ilə qədər Azərbaycan Xəzər Universitetində Maliyyə” ixtisası üzrə təhsil alıb. 

O, 2005-2013-cü illər ərzində KPMG Azərbaycan Limited şirkətinin nümayəndəliyində, Deloitte&Touche MMC-də, “Baker Tilly Azərbaycan” MMC-də audit ixtisası üzrə müxtəlif vəzifələr tutmuşdur. 2013-cü ildə “GRC Assurance and Advisory Services” MMC şirkətində Daxili audit və Nəzarət Praktikasının rəhbəri, 2015-ci ildən isə “Cənub Qaz Dəhlizi” QSC Cəmiyyətin Kommersiya və Əməliyyatlar Departamentinin Direktoru və 2016-cı ildən “Gilan İndustrial Group” MMC-də Baş direktorun müavini işləmişdir. Famil Kərimov” United Enterprises Azərbaycan” MMC və “AFB Bank” ASC-də tutduğu rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirir.

Son xəbərlər
Digər xəbərlər