30 C
Baku
Monday, July 7, 2025

Vətən Müharibəsi qəhrəmanlarının adları küçələrə, meydanlara veriləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər