Qərblə ABŞ arasındakı qarşıdurma qalibsiz müharibəyə gətirib çıxara bilər.
Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki , bu barədə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib.
ABŞ və Çinin soyuq müharibəyə nə qədər yaxın olduqları barədə suala cavab olaraq diplomat ölkələr arasındakı gərginliyin Donald Trampın prezidentliyinin son aylarında kəskin şəkildə artdığını söyləyib.
“İştirakçıların yaddaşından heç vaxt silinməyəcək hadisələr baş verib”, – deyə Kissincer əlavə edib.
Bununla yanaşı, Co Bayden rəhbərliyi qarşıdurmanın Vaşinqton, Pekin və digərlərinin marağında olmadığını başa düşür.
“Bu, I Dünya müharibəsi kimi hər iki tərəfin sarsılması ilə nəticələnən toqquşmaya gətirib çıxara bilər”, – deyə diplomat xəbərdarlıq edib. Onun sözlərinə görə, amerikan cəmiyyəti Çini daimi düşmən və neqativ hadisələrin mənbəyi kimi görür.
“Yeni rəhbərlik üçün çıxış yolunu tapmaq və daha davamlı strategiya hazırlamaq çətin olacaq”, – Kissincer vurğulayıb.