Əmanətlərin gəlir hissəsinə tətbiq edilən vergi güzəştinin qaldırılmasından sonra, Yapı Kredi Bank Azərbaycan yeni bir kampaniyaya start verir. Kampaniya şərtlərinə əsasən, 22 yanvar-28 fevral tarixləri arasında illik 7500 manata qədər əmanət yerləşdirən hər bir vətəndaş Yapı Kredi Bank Azərbaycanın təklif etdiyi fürsətdən yararlana biləcəklər.
Belə ki, qeyd edilən tarixlərdə banka ilk dəfə əmanət yerləşdirəcək müştərilərin əmanətlərinin vergilərini Bank özü qarşılayacaqdır. Kampaniya 1 illik 7500 manata qədər yerləşdirilən əmanətlər üçün keçərlidir. Kampaniya müddətində yerləşdirilən, lakin vaxtından öncə çıxarılan/ləğv edilən əmanətlər üçün bu kampaniya tətbiq olunmayacaq və həmin əmanətlərə ödəniləcək faiz dərəcəsi illik 0.25% olacaqdır.
Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debit kartları, pul köçürmə, sığorta, internet bankçılıq və 24/7 fasiləsiz çalışan Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.
Bank məhsul və xidmətləri ilə bağlı məlumat almaq üçün 7/24 fasiləsiz xidmət göstərən *0444 Telefon Mərkəzindən, daim yenilənən www.yapikredi.com.az veb və https://www.facebook.com/YapiKrediAZ facebook səhifəsindən əldə etmək mümkündür.