10 C
Baku
Thursday, December 12, 2024

Böyük Britaniyada “rəqəmsal viza” tətbiq edilə bilər

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi səyahətçilərin ölkəyə giriş hüququnu avtomatik olaraq təyin edəcək “rəqəmsal viza” sistemini tətbiq etməyi planlaşdırır.

Bu barədə “The Guardian” nəşri yazır.

Bu sistem Britaniyaya vizasız və ya immiqrasiya statusu olmadan daxil olan səyahətçilər üçün yaradılır.

Daxili işlər naziri Priti Patel bildirib ki, yeni sistem sayəsində nə qədər insanın ölkəyə gəldiyini və ölkədən çıxdığını aydın şəkildə anlamaq mümkün olacaq.

Britaniyada “sərhədin rəqəmsallaşdırılması” təklifi sığınacaq və miqrasiya sisteminin islahatına dair planların bir hissəsi olaraq irəli sürülüb. Belə ki, bu yaxınlarda mövcud miqrasiya göstəricilərinin həqiqi mənzərədən əhəmiyyətli dərəcədə fərqləndiyini sübut edən dəlillər ortaya çıxıb.

İndiyə qədər Böyük Britaniyada 3 milyon Aİ vətəndaşının yaşadığı hesab olunurdu. Lakin, “Brexit”dən sonra yeni qaydaların tələbinə uyğun olaraq aprelin sonuna qədər yaşayış icazəsi üçün müraciət edən Aİ vətəndaşlarının ümumi sayı 5,4 milyondan çox olub. Bunlardan 4,9 milyonu məskunlaşma statusu alıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər