Azərbaycan xarici ölkələrdən xalçalar və digər toxunma döşəmə örtüklərin idxalını artırıb.
Banker.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan 7 milyon 413 min ABŞ dolları dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri idxal edib.
Belə ki, illik müqayisədə bu, 50.3% artım deməkdir.
Hesabat dövründə xalçalar və digər toxunma döşəmə örtükləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0.21 %-ni təşkil edib.