16 C
Baku
Tuesday, April 30, 2024

İranın “neft ixracı qorxusu” azaldıqca qiymətlər 3%-dən çox bahalaşdı

Qərbin İranla neft danışıqlarında olan prosesin zəifləməsi və COVID-19 vaksinasiyası ilə bağlı gedişatlar birjalarda treyderlərə əlavə optimizm verib ki, bu da neftin qiymətin 3%-dən yuxarı bahalaşdırıb. 

Hindistanda COVID-19 səbəbindən ölüm səbəblərinin son günlərdə azalması yanacağa olan tələbi artırması potensialını özündə saxlamaqdadır.

Banker.az xəbər verir ki, iyul fyuçerslərində Brent xam neftinin bir barreli $2.02, yaxud 3% artımla $68.71-ə, WTI xam nefti $2.47, yaxud 3.9% artımla $66.21 səviyyəsinə yüksəlib.

“İran ilə danışıqların öncəki həftədə ehtimal olunandan daha zəif getməsi də neftin qiymətlərinə təkan verdib”- bunu Nyu-Yorkdakı “Mizuho”nun Enerji fyuçersləri üzrə direktoru Bob Yauqer Reuters Agentliyinə deyir.

O, qeyd edir ki, İran və Qərb dairələri bu müqaviləni imzalanması üçün təsdiqlənən detalları işləyə bilmirlər.

Keçən həftə İran Prezidenti Həsən Ruhaninin ABŞ-ın Tehrana qarşı neft, bankçılıq və gəmiçilik sektorlarında tətbiq etdiyi sanksiyaları ləğv etməyə hazır olduğunu bildirməsindən sonra neftin qiyməti düşüb.

Lakin İran parlamentinin sədri mayın 23-də Tehranla BMT-nin nüvə komitəsi arasında 3 aylıq monitorinq müqaviləsinin bitdiyini və bu səbəbdən İranın bəzi nüvə obyektlərinə girişin bağlanacağını deyib. Avropalı diplomatlar ötən həftə bildiriblər ki, bu monitorinq müqaviləsinin uzadılmaması halında Vaşinqtonla Tehran arasında 2015-ci ilin nüvə sazişini bərpa etmək üçün aparılan dolayı danışıqlarda böhran yaranacaq. Bu danışıqlar bu həftə Vyanada baş tutmalıdır.

Xatırladaq ki, sabiq ABŞ prezidenti Donald Tramp 2018-ci ilin mayında ölkəsini birtərəfli şəkildə nüvə sazişindən çıxarıb və İrana qarşı sanksiyaları bərpa edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər